Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO

Ronaldo Messinin adını çəkən jurnalistə belə reaksiya verdi - VİDEO
İdman 24 İyun 2026 - 12:01

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın 2-ci turunda Özbəkistanla keçirilən oyundan (5:0) sonra verdiyi açıqlama zamanı növbəti dəfə diqqətləri cəlb edib.

Zekainfo.az xəbər verir ki, Ronaldo jurnalistin onun rəqibi Lionel Messinin Argentina millisi ilə mundialda vurduğu rekord qollar barədə verdiyi sualı yarımçıq qoyub.

Ronaldo “növbəti sual” deyərək cavab verməkdən imtina edib. O, "Messi məni maraqlandırmır. İndi onun yeri deyil", - deyə cavab verib.

 

reklamlar

Digər xəbərlər