“Neftçi” müdafiəçi transfer etdi

“Neftçi” müdafiəçi transfer etdi
İdman 24 İyun 2026 - 18:00

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Zekainfo.az xəbər verir ki, Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

reklamlar

Digər xəbərlər