Bellinqemdən Avropa rekordu

Bellinqemdən Avropa rekordu
İdman 18 İyun 2026 - 14:38

İngiltərə millisinin üzvü Cud Bellinqem Avropa futbolunda yeni rekorda imza atıb.

Zekainfo.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiya ilə keçirilən oyunda (4:2) nail olub.

Belə ki, Bellinqem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.

Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.

reklamlar

Digər xəbərlər