“İşləmək istəyirəm, 15 ildir müraciət edirəm, xeyri yoxdur”

“İşləmək istəyirəm, 15 ildir müraciət edirəm, xeyri yoxdur”
Şou biznes 11 İyun 2026 - 10:26

“Dəfələrlə efirdən də qurumlara müraciət etmişəm. İşləmək istəyirəm. Evdə oturmaqla, konsert verməklə, toya getməklə keçmir belə şeylər”.

Zekainfo.az xəbər verir ki, bu barədə müğənni Eldəniz Məmmədov “Xəzər axşamı” verilişində bildirib.

Onun sözlərinə görə, insan hansı zirvəyə qalxırsa, daha da yüksəyini istəyir: “Mən sənətdə bir çox işlər görmüşəm. Fəxr edirəm ki, əsl Azərbaycan musiqisini qoruyub saxlamışam, əsl Azərbaycan musiqisini ifa edirəm. Ali təhsilim var, konservatoriyanı bitirmişəm. Müxtəlif yerlər var ki, orada çalışa bilərəm. Dəfələrlə müraciət etmişəm, 15 ildir səslənirəm, amma xeyri yoxdur. Pedaqoq kimi də çalışa bilərəm, amma magistr diplomum yoxdur.

Dəfələrlə imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma digər universitetlər, kolleclər var ki, orada çalışa bilərəm. Böyük konsert salonlarının ansamblları var, orada da işləyə bilərəm. Həmin müəssisələrin konsertlərində 15-20 ildir ki, ifa edirəm, özüm orada çalışmıram. Həm də ən çətin bəstəkar əsərlərini ifa etmək lazım olanda mənə deyirlər. Amma işə götürmək lazım olanda, ortada heç nə olmur”,- sənətçi deyib.

Qeyd edək ki, 50 yaşlı E.Məmmədov “Xalq Ulduzu 1 (2007)” telemüsabiqəsinin qalibidir.

reklamlar

Digər xəbərlər