Bakı-Qazax yolunda qəza - Ölən var - FOTO 

Bakı-Qazax yolunda qəza - Ölən var - FOTO 
Hadisə 01 May 2026 - 10:00

Bakı-Qazax magistralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Zekainfo.az xəbər verir ki, hadisə yolun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun əksi istiqamətinə hərəkət edərkən dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini 2006-cı il təvəllüdlü Cavad Əliyev isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

 





reklamlar

Digər xəbərlər