Hadisə
14:00, 28 Aprel 2026
"TikTok" sosial şəbəkəsində təhqiredici ifadələr səsləndirən tiktoker məsuliyyətə cəlb olunub.
Zekainfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən müvafiq tədbirlər nəticəsində Fikrət İsayev saxlanılıb.
Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.