"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.
Zekainfo.az Modern.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar.
Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Hadisə
28 Aprel 2026 - 14:00
Digər xəbərlər
Hadisə
10:33, 27 Aprel 2026
Hadisə
14:24, 26 Aprel 2026
Rusiyanın hərbi helikopteri VURULDU
Hadisə
11:22, 26 Aprel 2026
Salyanda qəza - Ölən var
Hadisə
12:38, 25 Aprel 2026
Narkotikin təsiri altında olan "BYD" sürücüsü həbs edildi
Hadisə
18:00, 18 Aprel 2026
Xəzər rayonunda 20 minlik oğurluq olub
Hadisə
09:10, 18 Aprel 2026