Deputatın həyat yoldaşının rəhbərlik etdiyi banka sanksiya qoyuldu 

Deputatın həyat yoldaşının rəhbərlik etdiyi banka sanksiya qoyuldu 
Xəbər 26 Aprel 2026 - 10:00

Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumu da hədəfə alınıb.

Zekainfo.az xəbər verir ki, sanksiya siyahısına daxil edilən “Yelo Bank” qərarın Rusiya maliyyə mesajlaşma sistemi ilə bağlı olduğunu təsdiqləyib.

Rəsmi məlumata görə, yeni sanksiya paketi Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlib və maliyyə, enerji, ticarət, nəqliyyat və texnologiya sahələrini əhatə edir.

“Yelo Bank” aprelin 24-də yaydığı açıqlamada fəaliyyətinin Azərbaycan qanunvericiliyinə və beynəlxalq sanksiya rejimlərinə uyğun qurulduğunu bildirib.

Bank qeyd edib ki, qərar “banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter” daşıyır.

Qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır.

reklamlar

Digər xəbərlər