1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Zekainfo.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 (iki min yeddi yüz əlli) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 500,0 (bir min beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bununla bağlı Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 (üç) milyon manat vəsait ayrılıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Gündəm
24 Aprel 2026 - 13:39
Digər xəbərlər
Gündəm
10:18, Bugün
Gündəm
22:00, 23 Aprel 2026
Quru sərhədlər açıldı? - RƏSMİ AÇIQLAMA
Gündəm
22:11, 22 Aprel 2026
Avtobus və metronun yükü belə azaldılacaq - Sərnişinlərə şad xəbər
Gündəm
13:33, 21 Aprel 2026
TƏBİB-in yeni rəhbəri 17 gün əvvəl təyin olunan müşaviri işdən çıxardı - FOTO
Gündəm
11:38, 21 Aprel 2026
Azərbaycan neftinin qiyməti 110 dolları keçdi
Gündəm
11:00, 21 Aprel 2026