Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!

Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Xəbər 28 Aprel 2026 - 21:00

Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Zekainfo.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

reklamlar

Digər xəbərlər