Dünya
10:56, Bugün
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.
Zekainfo.az xəbər verir ki, bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.
"Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik", - o deyib.
Qeyd edək ki, İran müharibə başlayandan bəri Hörmüz boğazı və Oman sahillərində üç tankeri vurub.