İsrail “Hizbullah”ın yüksək vəzifəli şəxsini öldürdü - YENİLƏNİB

İsrail “Hizbullah”ın yüksək vəzifəli şəxsini öldürdü - YENİLƏNİB
Dünya 02 Mart 2026 - 10:24

İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində "Hizbullah"ın parlament fraksiyasının lideri Məhəmməd Raad həlak olub.

Zekainfo.az xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb. 

Məlumata görə, basqın zamanı ən azı on nəfər həlak olub.


***08:10

İsrail ordusu ölkənin şimalında “Hizbullah”ın raket atəşinə cavab olaraq Beyrutdakı hədəflərə bir sıra zərbələr endirib.

Zekainfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) “Telegram” kanalında məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Beyrut ərazisində yüksəkvəzifəli “Hizbullah” üzvlərinə qarşı dəqiq zərbə endirib. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” liderinə zərbə endirib”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, Livana endirilən zərbələr “Hizbullah”ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.

reklamlar

Digər xəbərlər