Kredit kartları ilə aparılan əməliyyatların həcmi azaldı

Kredit kartları ilə aparılan əməliyyatların həcmi azaldı
İqtisadiyyat 03 Mart 2026 - 10:52

Bu ilin yanvar ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 647 milyon manat təşkil edib.

Zekainfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,9% və ya 193 milyon manat azalıb.

    Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 359 milyon manatı elektron ticarət, 170 milyon manatı POS-terminallar, 91 milyon manatı bankomatlar, 27 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.

    Xatırladaq ki, 2026-ci il fevral ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 74 min təşkil edib ki, bu da illik müqayisədə 7,6% və ya 170 min ədəd azdır.


    reklamlar

    Digər xəbərlər