Formula 1-ə görə Bakıda paddok tikintisinə başlanıldı

Formula 1-ə görə Bakıda paddok tikintisinə başlanıldı
İdman 03 Mart 2026 - 12:40

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.

Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən Zekainfo.az-a verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

reklamlar

Digər xəbərlər