Mən daha öncə demişdim ki, İranın dini lideri Əli Xameneiyə kənardan təhlükə görmürəm. Təhlükənin ona öz xalqından gələcəyini də vurğulamışdım. Çox təəssüf ki, bu, belə də oldu.
Zekainfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev İranla bağlı bir ay öncəki proqnozları haqda danışarkən deyib.
"Bütün rəsmi məlumatlarda bildirilir ki, ABŞ kəşfiyyatı ölkədaxili agentlərdən Xameneinin harada, nə zaman və hansı tədbirlərdə olacağına dair məlumatlar əldə edib. Daha sonra da əldə edilən məlumatlar peyk vasitəsi ilə izlənilib. Nəticə isə göz qabağındadır.
ABŞ kəşfiyyatı məlumatı İranın daxilindən, yəni Xameneinin öz millətindən əldə edib və bu baxımdan proqnozumda yanılma yoxdur. Hətta dini liderin öz adamlarının onu satdığına dair açıqlamalar da var.
Xamenei öz əcəli ilə ölməyib. Sui-qəsd nəticəsində öldürülüb. Onun əvvəlcədən öldüyünə dair yayılan xəbərlər həqiqəti əks etdirmir", - ekstrasens vurğulayıb.
Zirəddin Rzayev əlavə edib ki, İran hakimiyyətinin süqutu qaçılmazdır:
"2026-2027-ci illərdə İranın indiki hakimiyyətinin böyük ehtimalla devriləcəyini demişdim. Bu, yay və payız aylarına təsadüf etməlidir. Dediyim kimi, sentyabr ayı, o cümlədən "17" rəqəmi daha aktiv və tarixi önəmli rəqəmdir.
İranla bağlı irimiqyaslı hadisələrin baş verəcəyini, həmçinin başqa dövlətlərin bu savaşa daxil olacağını düşünmürəm. Bu gərginliklər fonunda İran hakimiyyətində qəfil dəyişikliklər olmayacaq. Əksinə hissə-hissə, bir mərhələdən başqa bir mərhələyə keçəcək. Beləliklə, iqtidar tədricən öz qüvvəsini itirəcək. Qısaca desək, süqut qaçılmazdır.
Bundan əlavə, İranda iqtisadi baxımdan böyük inkişaf olmasa da, indiki İranın gələcəyi qədim Pompey xalqının həyat tərzindən fərqlənməyəcək. Əxlaqi tənəzzül, kriminal, zəlzələlər də son beş ildə qaçılmazdır.
Fikrimcə, hazırda İran barama qurdunu xatırladır. Artıq ipək vermək vaxtı bitib və İran hakimiyyəti kəpənək olmaq dövrünü yaşayır".
Ekstrasens saytımıza göndərdiyi fotoda gizli kəhanətin olduğunu da vurğulayıb. Ancaq kəhanət barədə əlavə heç bir təfərrüat verməyib.
Zirəddindən İranla bağlı dəhşətli PROQNOZ
Gündəm
03 Mart 2026 - 11:22
Digər xəbərlər
Gündəm
13:38, Bugün
Gündəm
12:34, Bugün
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Gündəm
11:37, Bugün
Ötən il Ombudsmanın müraciətləri əsasında 21 məhkum əfv edilib
Gündəm
11:26, Bugün
Süni intellektin tətbiqində ixtisar olunacaq şəxslərə dəstək verilsin - TƏKLİF
Gündəm
11:01, Bugün
Azərbaycan vasitəsilə İrandan 615 nəfər təxliyə olunub
Gündəm
13:15, 02 Mart 2026