Dünya
10:20, Bugün
Suriya ordusu Raqqa bölgəsində Suriya Demokratik Qüvvələri (SDQ) ilə döyüşlərdə itki verib.
Zekainfo.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, Suriya ordusundan 3 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb.
SDQ Raqqa ətrafında Suriya ordusu ilə döyüşlərin davam etdiyini və bu toqquşmaların İŞİD terrorçularının saxlanıldığı həbsxanaya yaxın yerdə baş verdiyini bildirib.
Qeyd edək ki, ötən gün Suriya ordusu və SDQ arasında atəşkəs razılaşması əldə edilib.
Razılaşmaya əsasən, SDQ Suriya ordusuna inteqrasiya edilməlidir./APA