Sözün və qələmın gücünü şərəflə daşıyan, həqiqəti axtaran, xalqın səsini dünyaya çatdıran bütün jurnalistləri – qəzet redaktorlarını, müxbirləri, aparıcıları, fotoqrafları, reportyorları və media sahəsində çalışan hər kəsi ürəkdən təbrik edirəm!
Bu müqəddəs peşə sahibləri – sizlər qaranlıqda işıq, haqsızlıq qarşısında vicdan, susqunluqda səs, qorxuda cəsarətsiniz. Siz qələminizi silah etməyən, vicdanını satmayan, həqiqətə sədaqətlə xidmət edən əsl mətbuat əsgərlərisiniz.
İstər müharibə meydanında, istər tribunada, istər studiyada – siz həmişə cəmiyyətin aynası, zamanın salnaməçisisiniz.
Qələminiz iti, sözünüz dürr olsun!
Həqiqətin yolunu aydınlatmaqdan əsla vaz keçməyin!
Mətbuat bayramınız mübarək olsun!
Cəmilə ÇİÇƏK
/Zekainfo.az saytının rəhbəri, QHT sədri