Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 43 % artıb

Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 43 % artıb
İqtisadiyyat 21 İyul 2025 - 17:07

Bu ilin I yarısında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çox olub.

Zekainfo.az xəbər verir ki, bu barədə Mərakeş səfirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Bildirilib ki, yanvar-iyun aylarında Azərbaycana 1 800-ə yaxın Mərakeş vətəndaşı səfər edib.

2024-cü il avqustun 29-dan etibarən iki ölkə arasında vizasız rejim haqqında saziş qüvvədədir.

reklamlar

Digər xəbərlər