“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
İdman 21 İyul 2025 - 16:46

Türkiyənin “Fənərbağça” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Zekainfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu raundda Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşü isə avqustun 12-də İstanbulda keçiriləcək.

“Fənərbağça” rəqibini məğlub edəcəyi halda, turnirin play-off mərhələsinə yüksələcək. “Sarı-lacivərdlilər” bu mərhələni keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

reklamlar

Digər xəbərlər