Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama

Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
Təhsil 02 Noyabr 2026 - 13:05

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirib.

Zekainfo.az xəbər verir ki, o bu barədə APA-ya müsahibəsində münasibət bildirib.

Nazir müavini qeyd edib ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir:

"Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir".

reklamlar

Digər xəbərlər