Səudiyyə Ərəbistanını müdafiə üçün ordularını yerləşdirmək istəyirlər

Səudiyyə Ərəbistanını müdafiə üçün ordularını yerləşdirmək istəyirlər
Dünya 19 Oktyabr 2026 - 19:00

Misir Səudiyyə Ərəbistanını husilərə qarşı müdafiə etmək üçün öz hərbi qüvvələrini yerləşdirməyə hazırdır.

Zekainfo.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Ər-Riyadın belə bir yardım istəyi olacağı təqdirdə silahlı qüvvələrdən istifadə etmək üçün parlamentdən icazə istəyib.

Misirin Milli Müdafiə Şurası krallığa hərtərəfli dəstək göstərilməsini təsdiqləyib. Qahirə Səudiyyə Ərəbistanının təhlükəsizliyini Misirin və ərəb dünyasının milli təhlükəsizliyi ilə əlaqələndirib, eyni zamanda regional gərginliyin azaldılması üçün diplomatik səylərə çağırıb.

reklamlar

Digər xəbərlər