Dünya
20:01, Bugün
Pilotsuz uçuş aparatı (PUA) hücumu təhlükəsi səbəbindən 423 uçuşun təxirə salınması nəticəsində Moskva hava limanları sərnişinlərlə dolub, insanlar döşəmədə yatırlar.
Zekainfo.az xəbər verir ki, bu haqda “Baza” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, paytaxt bölgəsindəki üç hava limanında məhdudiyyətlər səhər saat 05:00-da aradan qaldırılsa da, hələ də çoxlu sayda insan yola düşə bilmir. Bəzi sərnişinlər 13 saatdan çoxdur ki, uçuşlarını gözləyirlər. Onlar çamadanlarının, paltar yığınlarının, hətta qeydiyyat zonasındakı süni örtüyün üzərində yatırlar.