Gündəm
18:25, 19 Oktyabr 2026
Oktyabrın 19-da “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Zekainfo.az xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.
“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.
Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.
Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək.