Aeroport şosesində qəza: “Koroğlu” istiqamətində sıxlıq yarandı

Aeroport şosesində qəza: “Koroğlu” istiqamətində sıxlıq yarandı
Hadisə 13 Oktyabr 2026 - 09:16

Bakının Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

reklamlar

Digər xəbərlər