Qışda “Real”ı tərk edə bilər

Qışda “Real”ı tərk edə bilər
İdman 09 Oktyabr 2026 - 23:57

“Real Madrid”in braziliyalı hücumçusu Endrik qış transfer pəncərəsində İspaniya klubunu tərk edə bilər.

Zekainfo.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu İtaliyanın “Milan” klubuna keçməyə razılıq verib.

Mənbənin məlumatına görə, İtaliya A Seriyasının nəhəngi yanvar ayında hücumçunu icarəyə götürmək niyyətindədir. Endrik üçün “Milan” hazırda prioritet variant hesab olunur və transferin reallaşması üçün “Real Madrid” rəhbərliyinin “yaşıl işıq” yandırması gözlənilir.

Qeyd edək ki, Endrik cari mövsümdə İspaniya çempionatında yalnız 1 matçda meydanda olub və cəmi 4 dəqiqə şans qazanıb. Onun madridlilərlə qüvvədə olan müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

reklamlar

Digər xəbərlər