İdman
12:07, 22 Sentyabr 2026
“Xankəndi” bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.
Zekainfo.az xəbər verir ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.
Klubun yaydığı məlumata görə, işlərin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
İlk ev oyununun tarixi isə rəsmi açılışın qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
Beləliklə, klubun təxminən bir ay sonra doğma şəhərində ilk ev oyununa çıxacağı gözlənilir.