Azərbaycanlı hakim dünya çempionatında

Azərbaycanlı hakim dünya çempionatında
İdman 21 Sentyabr 2026 - 12:39

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Bu barədə Zekainfo.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.

 

reklamlar

Digər xəbərlər