Havada tozun miqdarı normadan artıqdır

Havada tozun miqdarı normadan artıqdır
Cəmiyyət 22 Sentyabr 2026 - 12:10

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Zekainfo.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

 Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

reklamlar

Digər xəbərlər