Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı

Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
Cəmiyyət 18 Sentyabr 2026 - 16:58

Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədə olma müddəti axşam saatlarında 1 saat artırılıb.

AYNA-dan Zekainfo.az-a verilən məlumata görə, qeyd olunanla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədə olma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00-20:00 idisə, hazırda 17:00-21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.

reklamlar

Digər xəbərlər