Boliviyada əvvəllər məlum olmayan vəhşi pişik növü kəşf edilib. Ona Leopardus tilcayo və ya Tilcayo pələng pişiyi adı verilib.
Zekainfo.az xəbər verir ki, bu barədə “National Geographic” jurnalı məlumat yayıb.
Alimlər Tilcayo ilə bağlı ilk müşahidələri 2016-cı ildə aparmışdılar, lakin kəşfin rəsmi olaraq tanınması üçün geniş tədqiqatlar aparılmalı idi. Növün unikallığı laboratoriya analizləri ilə təsdiqlənib və bu da onun qohum növlərdən aydın şəkildə fərqlənməsinə imkan verib.
Tilcayo bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Bu növ adi ev pişiyindən daha kiçikdir. Bəbirə bənzər naxışlarə və bu bölgədə yaşayan digər kiçik pişiklərdə rast gəlinməyən yuvarlaq qulaqları ilə fərqlənir.
Tilcayo növünün kəşfi ekoloqlar üçün əlavə prioritetlər yaradır: bu populyasiyanın qorunması hazırda çox vacibdir. Bu nadir növ Cənubi Amerikaya məxsusdur və məhdud əraziyə malikdir.