Təhsil
09:31, Bugün
Elm və təhsil naziri Emin Əmrullayev 15 Sentyabr – Bilik Günü münasibətilə şagird, tələbə, müəllim, valideyn və bütün təhsil işçilərini təbrik edib.
Zekainfo.az xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında paylaşım edib.
“Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!
Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.
Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram.
Bilik Gününüz mübarək!”, – deyə nazir qeyd edib.