Hadisə
11:47, Bugün
Avqustun 3-də polis əməkdaşları tərəfindən paytaxtda və ölkənin müxtəlif rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Zekainfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 1 ədəd avtomat silah, 1 patron darağı və 30 ədəd patron götürülüb.
Bildirilib ki, DİN tərəfindən qanunsuz dövriyyədə olan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.