İqtisadiyyat
11:13, Bugün
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb.
Birja məlumatlarına əsasən, qızılın bir troya unsiyasının dəyəri əvvəlki sessiya ilə müqayisədə 0,1% bahalaşaraq 4 101 ABŞ dollarına yüksəlib.
Gümüş isə əksinə, ucuzlaşıb. COMEX-də bir unsiya gümüşün qiyməti 1,24% azalaraq 57,37 ABŞ dolları olub.