İdman
22:14, 23 İyul 2026
Bu gün "Zirə" futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" komandası ilə qarşılaşıb.
Zekainfo.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb və Pyarnu şəhərindəki "Rannastaadion" arenasında baş tutub.
Moldovalı referi Roman Jitarinin idarə etdiyi matç meydan sahiblərinin minimal qələbıəsi ilə başa çatıb - 1:0. 87-ci dəqiqədə Qambiyalı Pa Abdu Çam vurduğu qolla komandasına qələbə qazandırıb.
Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Andorranın "Santa Koloma" və Avstriyanın "Rapid" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.