Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü
Siyasət 23 İyul 2026 - 19:21

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.

Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Görüş zamanı, Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.

    Nazir Ceyhun Bayramov COP-29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.

    Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə bağlı yaradılmış ikitərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

    Xəzər dənizinin su ehtiyatlarının və unikal ekosisteminin qorunmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə, o cümlədən kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    reklamlar

    Digər xəbərlər