“Birmənalı olaraq səylərimizi davam etdirəcəyik”

“Birmənalı olaraq səylərimizi davam etdirəcəyik”
Siyasət 18 İyun 2026 - 10:05

“Biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq”.

Zekainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı vurğulayıb ki, biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq.

Prezident həmçinin qeyd edib ki, iqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirəcəyik.

“Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir”, - dövlət başçısı qeyd edib.

reklamlar

Digər xəbərlər