5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb belə məhv edildi - Video 

5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb belə məhv edildi - Video 
Hadisə 11 İyun 2026 - 20:09

Polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.

Zekainfo. xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib.

reklamlar

Digər xəbərlər