Naxçıvana gedənlərin nəzərinə - Uçuşlar təxirə salındı

Naxçıvana gedənlərin nəzərinə - Uçuşlar təxirə salındı
Gündəm 21 May 2026 - 12:37

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Bu barədə Zekainfo.az-a AZAL-dan məlumat verilib.

Qeyd olunur ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. 

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

reklamlar

Digər xəbərlər