Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO

Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO
Gündəm 21 May 2026 - 10:10

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. 

Zekainfo.az xəbər verir ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər. 

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

 

reklamlar

Digər xəbərlər