Cəmiyyət
13:20, Bugün
"Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişinlər limitsiz internetlə təmin ediləcəklər".
Zekainfo.az-ın məlumatın görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, qatarlarda bu məqsədlə xüsusi Wi-Fi quraşdırılacaq: "Qatarların bütün vaqonlarında komfort, komfort+ və lüks vaqonların hər birində internetdən istifadə mümkün olacaq. Sərnişinlərin yolboyu internetdən fasiləsiz istifadəsi təmin ediləcək".