Prezident mükafatı milli musiqi sənətinə verilən yüksək dəyərin ifadəsidir  

Prezident mükafatı milli musiqi sənətinə verilən yüksək dəyərin ifadəsidir  
Yazarlar 08 May 2026 - 15:42

Zekainfo.az saytının verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının bir qrup müəllimi Prezident mükafatına layiq görülüb. Bu mühüm qərar ölkəmizdə milli musiqi sənətinə, eləcə də incəsənət təhsilinin inkişafına göstərilən dövlət qayğısının növbəti nümunəsidir.



Prezident mükafatına layiq görülən sənət və elm adamları sırasında Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab, “Dirijorluq” kafedrasının müəllimləri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və Təranə Yusifova, “Muğam xanəndə” kafedrasının dosentləri Əməkdar artist Təyyar Bayramov və Əməkdar incəsənət xadimi Hafiz Quliyev yer alırlar.



Eyni zamanda “Milli vokal” kafedrasının müdiri, Xalq artisti Azər Zeynalov, həmin kafedranın müəllimləri Əməkdar artistlər Afaq Budaqova və İnarə Babayeva, müəllimlər Fatimə Cəfərzadə və Taleh Yahyayev, eləcə də “Xalq çalğı alətləri” kafedrasının müəllimi Məmməd Rəcəbli də Prezident mükafatının laureatları sırasında olublar.



Bu ali mükafat illərdir Azərbaycan musiqi mədəniyyətinin qorunması, yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində göstərilən böyük xidmətlərin dəyərləndirilməsi kimi xüsusi əhəmiyyət daşıyır. Adıçəkilən sənət adamları həm pedaqoji fəaliyyətləri, həm də səhnə yaradıcılığı ilə milli musiqimizin inkişafında mühüm rol oynayırlar.



Azərbaycan Milli Konservatoriyası tərəfindən mükafata layiq görülən müəllimlərə səmimi təbriklər ünvanlanıb, onlara gələcək yaradıcılıq və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulanıb.



Biz də “Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin kollektivi və şəxsən öz adımdan dəyərli sənət adamlarını ürəkdən təbrik edir, hər birinə uzun ömür, möhkəm can sağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayıram.




Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist, 

Zekainfo.az saytının baş redaktoru

reklamlar

Digər xəbərlər