Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib 

Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib 
Hadisə 13 Noyabr 2026 - 17:40

Tovuzda qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayondakı “ASAN xidmət” Mərkəzinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Polisin keçirdiyi tədbirlər nəticəsində Düz Cırdaxan sakini 2002-ci il təvəllüdlü S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədzadə saxlanılıb.

Onun bıçaqlanan qadının qardaşı olduğu bildirilir.

reklamlar

Digər xəbərlər