Cəmiyyət
16:56, Bugün
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.
“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - məlumatda vurğulanıb.