Bu ərazilərdə işıq olmayacaq 

Bu ərazilərdə işıq olmayacaq 
Xəbər 10 Aprel 2026 - 10:00

Bu gün Biləsuvar, Lənkəran və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.

Zekainfo.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lənkəranın Sütəmurdov, Velədi, saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

reklamlar

Digər xəbərlər