Gəlir vergisi artıq belə bəyan ediləcək 

Gəlir vergisi artıq belə bəyan ediləcək 
Cəmiyyət 10 Aprel 2026 - 09:33

Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.

Zekainfo.az xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.

Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.(Trend)

reklamlar

Digər xəbərlər