Dünya
16:49, Bugün
İsveçrə Alp dağlarında baş verən faciədən bir ay sonra ölənlərin sayı 41-ə
çatdı. Hazırda dörd nəfər cinayət işi üzrə istintaq altındadır.
Valais kantonunun prokuroru Beatris Pilloud AFP-yə verdiyi açıqlamada
bildirib ki, "18 yaşlı İsveçrə vətəndaşı 31 yanvarda Sürix xəstəxanasında
ölüb".
O, faciə nəticəsində ölənlərin sayının 41-ə çatdığını və istintaqın vəziyyəti
ilə bağlı yeni məlumat verilməyəcəyini əlavə edib.
Qurbanların yaşı 14-39 arasında olub, lakin əksəriyyəti yeniyetmələr
olub. Ölənlərdən yalnız dördü 24 yaşdan yuxarı olub. Ölənlər arasında 23 İsveçrə
vətəndaşı və 18 əcnəbi, o cümlədən səkkizi fransız var.