Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin inkişafı üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır: "Azərbaycan publisistikası çox uzun və çətin yol keçib. Əgər məqsədimiz maarifləndirmədirsə, bunun üçün davamlı fəaliyyət göstərməliyik. Ola bilər ki, bizə hansısa idmançı lazımdır, onu xaricdən gətirə bilərik. Amma biz xaricdən ölkəmizə Azərbaycan dilində yaxşı danışan bir adam gətirə bilmərik. Mediada praktiki tərəflərə daha çox yer ayrılmalıdır".
N.Məmmədli əlavə edib ki, onlayn media və qəzetdəki yazılar bir-birindən fərqlənir: "Onlayn medianın dili hansı standardlara cavab verməlidir? Bunun üzərində çalışılmalıdır".
Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var - Natiq Məmmədli
Cəmiyyət
09 Yanvar 2026 - 16:49
Digər xəbərlər
Cəmiyyət
18:00, 09 Yanvar 2026
Cəmiyyət
17:28, 09 Yanvar 2026
Ən çox şikayət olunan internet provayderlər
Cəmiyyət
16:50, 09 Yanvar 2026
Sosial Xidmətlər Agentliyi üçün reabilitasiya yox, "Günəşə adaptasiya" modeli?
Cəmiyyət
12:48, 09 Yanvar 2026
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi
Cəmiyyət
10:42, 09 Yanvar 2026
Estetik cərrah və anestezioloqla bağlı cinayət işi açıldı
Cəmiyyət
10:14, 09 Yanvar 2026