Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
İqtisadiyyat 28 Noyabr 2025 - 09:53

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 66 dolları ötüb.

Zekainfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,77 ABŞ dolları və ya 1,2% artaraq 66,05 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,28 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

reklamlar

Digər xəbərlər