Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO

Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO
Hadisə 27 Noyabr 2025 - 10:53

Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda yol qəzası baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Zekainfo.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-da baş verib.

“Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

"Sürücülər, xahiş edirik — sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", BDYPİ-dən bildirilib.

 

reklamlar

Digər xəbərlər