Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq
Cəmiyyət 24 Noyabr 2025 - 12:27

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Zekainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

reklamlar

Digər xəbərlər